Vaşinqton Administrasiyası hesab edir ki, HƏMAS qruplaşmalarının tərk-silah edilməsi ilə bağlı razılaşmanın icrasına başlanılacaq.
Tribuna.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
ABŞ rəsmilərindən olan mənbənin sözlərinə görə, icranın yaxın həftələrdə başlaması gözlənilir. Nəşrdə qeyd olunduğu kimi, əldə edilmiş razılaşmalara əsasən, HƏMAS və İsrail təxminən 7-8 ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir neçə mürəkkəb addım atmalıdır və bu addımlar müstəqil tərəf vasitəsilə təsdiqlənməlidir. Portalın məlumatına görə, İsrail tərəfi HƏMAS-ın bu şərtlərə əməl edəcəyinə böyük şübhə ilə yanaşır. Nəşrin məlumatına əsasən, HƏMAS qruplaşmaları tərəfindən istifadə olunan tunellərin və silah istehsalı üçün nəzərdə tutulan obyektlərin məhv edilməsi planlaşdırılır.
Bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ-nin təşəbbüsü ilə yaradılmış Sülh Şurası HƏMAS-ın və Qəzza zolağındakı bütün digər silahlı qruplaşmaların tam tərk-silah edilməsi barədə razılığa gəlib.









