HƏMAS bütün Fələstin qruplarını birləşməyə çağırdı

HƏMAS bütün Fələstin qruplarını birləşməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri Xəlil əl-Heyya bütün Fələstin qruplarını birləşməyə və hərtərəfli milli dialoq aparmağa çağırıb.

Tribuna.az “TASS”a istinadən xəbər verir ki, o, bu barədə seçildikdən sonra ilk əsas çıxışında bildirib.

Onun sözlərinə görə, fələstinlilərin qanuni hüquqlarının qorunması, qan tökülməsinə tamamilə son qoyulması və Qəzza zolağında normal həyatın bərpası, eləcə də əhalinin köçürülməsinin qarşısının alınması hərəkatın əsas prioritetlərindən biri olan Fələstin xalqının birliyinə nail olmaqdır:

“Xalqımızın prioritetlərinə və məqsədlərinə çatmağı əhatə edən razılaşdırılmış milli proqrama uyğun olaraq ümumi əsasda birləşmək üçün bütün Fələstin fraksiyalarına və qüvvələrinə əl uzadırıq. Bu mərhələdə birtərəfli hərəkətlər qəbuledilməzdir”.