Hegset: “İranlılar belə ölkəni kimin idarə etdiyini bilmir”

Hegset: “İranlılar belə ölkəni kimin idarə etdiyini bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın yeni rəhbərinin yaralı, böyük ehtimalla şikəst olduğunu bilirik”.

Tribuna.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pet Hegset deyib.

O bildirib ki, Müctəba Xamineyi dünən açıqlama yayıb. “Ancaq nə səs, nə də video vardı. Sadəcə, yazılıq bir açıqlamaydı.İranın çox sayda kamerası və səs yazma cihazları var. O zaman niyə yazılı açıqlama verdi? Çünki qorxur. Qaçır və legitimliyi yoxdur. Onlar üçün tam bir qarışıqlıqdır. Ölkəni kim idarə edir? Heç iranlıların özləri də bunu bilmir. Yer altına qaçıblar. Bunu ancaq siçanlar edirlər”.

Fərda Uğur