Hakopyan: “Azərbaycan bizim qarantımız ola bilməz”

Hakopyan: “Azərbaycan bizim qarantımız ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər iki qüvvə ontoloji rəqibdirsə, onlar bir-birinin təhlükəsizliyinin qarantı ola bilməzlər. Üstəlik, əgər birinin problemi varsa, digəri təbii olaraq öz maraqlarını irəli sürməkdə maraqlıdır”.

Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi erməni hərbi-siyasi ekspert Mher Hakobyandır.

O, buna missal olaraq Azərbaycan-İran münasibətlərini göstərib. “Məsələn, İran Azərbaycana hücum edərsə, biz Azərbaycanın təhlükəsizliyinin qarantı olmayacağıq və əksinə, eyni məntiq tətbiq olunur”.

Onun iddiasına görə, hazırda Azərbaycan Ermənistan üçün ən ciddi təhdid olaraq qalır.

Hakopyan Ermənistanın spikeri Alen Simonyanın məlum açıqlamasına da münasibət bildirib. O hesab edir ki, əgər Azərbaycanda “Ermənistan Azərbaycanın təhlükəsizliyinin qarantıdır” sözlərini eşitsələr, ciddi reaksiya verəcəklər. “Əgər Bakıda Ermənistanın onların təhlükəsizliyinin qarantı olduğunu eşitsələr, düşünürəm ki, inciyəcəklər”.

Fərda Uğur