Hakobyan: “Azərbaycanlılar Vardenisdəki 30 kəndə köçəcək”

Hakobyan: “Azərbaycanlılar Vardenisdəki 30 kəndə köçəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Koçaryanın təsiri altında olan “Yerevan.today” saytı qəribə iddia ilə çıxış edib.

Tribuna.az bildirir ki, saytın rəhbəri Sevak Hakobyan azərbaycanlıların tezliklə Ermənistana köçəcəklərini qeyd edib.

O yazıb ki, əgər Paşinyan hakimiyyətdə qalmağa davam edərsə, Ermənistan kənd və şəhərləri, məhəllələrində azərbaycanlılar yerləşdiriləcək. “Tezlikləevinizdə azərbaycanlıları qarşılamağa hazır olun. Məsələn, Vardenisdə təxminən 30 kənd var ki, orada azərbaycanlılar yaşayıb. Onları gətirib deyəcəklər ki, “Bura onlarındır, rədd olun”. Ağavnoydakı evləri necə gözəlləşdiriblərsə, sonra təmir edib təmizləyib təhvil veriblərsə, bu halda da eyni şeyi edəcəklər”.

Hakobyan bildirib ki, azərbaycanlıların geri qayıtması mövzusu ilə bağlı Bakı və Irəvan arasında danışıqlar aparılıb. “Əminəm ki, bu danışıq olub. Əliyev və Paşinyan yaxşı bilirlər ki, ölkəmizdə belə bir hökumət olduğundan, azərbaycanlıların Ermənistanı fəth etmək üçün müstəsna şansı var”.

Fərda Uğur