Haci Ruminiya millisinin yeni baş məşqçisi oldu

Haci Ruminiya millisinin yeni baş məşqçisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Tribuna.az xəbər verir ki, Mirça Luçeskudan sonra komandanın sükanı arxasına əfsanəvi futbolçu Georgi Haci gətirilib. Bu barədə Rumıniya Futbol Federasiyasının rəsmi sosial media hesabında canlı yayım zamanı məlumat verilib.

Təyinatdan sonra keçirilən mətbuat konfransında çıxış edən Haci bildirib ki, milli komandanı yenidən təmsil etmək onun üçün böyük şərəfdir:

“Rumıniyanı yenidən təmsil etmək mənim üçün böyük qürurdur. Futbolçu kimi bunu uğurla etmişəm, ümid edirəm ki, baş məşqçi kimi də ölkəmi ən yaxşı şəkildə təmsil edə biləcəyəm. Seçim həlledici rol oynayır. Heyətin formalaşdırılması zamanı iki əsas meyarı ön planda saxlayacağıq. Birincisi, futbolçular həm əsas, həm də gənclər yığmalarında beynəlxalq təcrübəyə malik olmalarıdır. Çünki biz Avropa səviyyəsində mübarizə aparırıq və bu səviyyəyə uyğun oyunçulara ehtiyac var. İkinci meyar isə Rumıniyanın ən güclü futbolçularından ibarət komanda qurmaqdır”.

Qeyd edək ki, 61 yaşlı Haci son olaraq öz ölkəsində “Viitorul” klubunu çalışdırıb və 2025-ci ildə bu vəzifədən ayrılıb. O, məşqçilik karyerasının əvvəlində – 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.

Bundan başqa, rumıniyalı mütəxəssis müxtəlif dövrlərdə Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi kimi fəaliyyət göstərib. Haci 2003-cü ildə “Bursaspor”, 2007-ci ildə isə FCSB klubunu çalışdırıb.

Xatırladaq ki, Rumıniya millisi 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin pley-off yarımfinalında məğlub olaraq mübarizəni dayandırıb.