Güzgülər düzgün yerləşdirilmədikdə evinizdəki hüzuru poza, neqativ enerji yaya bilər.
Tribuna.az güzgülərlə bağlı araşdırmanı təqdim edir:
Bəzən güzgüləri evi daha geniş göstərsin deyə istifadə edirik. Amma güzgülər portaldır. Bütün neqativ enerjiləri başqa aləmlərdən çəkib evin içinə gətirir.
YATAQ OTAĞI
Yataq otağında güzgü olmamalıdır. Əgər varsa, çarpayı tərəfə baxmamalıdır. Çünki yataq otağında sənə tərəf baxan güzgü neqativ enerji göndərir. Buna görə də səhərlər yuxudan oyananda neqativ və narahat olursan. Əgər yataq otağında güzgü istəyirsənsə, elə yerləşdir ki, sənə doğru baxmasın.
QONAQ OTAĞI
Qonaq otağında istifadə edilən güzgülər giriş qapısına və yaxud da pəncərəyə doğru baxa bilər. Qapı girişində güzgü varsa, bilməlisən ki, bolluq və bərəkəti bloklayır. Güzgülər harda olur olsun, evinin içinə baxmalıdır.
İŞ OTAĞI
iş otağında bir güzgü varsa, səni dinc və diri saxlayar. Ortaya çıxarmaq istədiyin yaradıcılıq gücünü rahatlıqla ortaya çıxarar. Güzgüləri doğru yerləşdirsən, bolluq bərəkətə səbəb olar.
Dəniz Pənahova









