Gürcüstanda bu il ərzində ikinci məscid yanıb

Gürcüstanda bu il ərzində ikinci məscid yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunun Tsxmorisi kəndində tarixi məscid tamamilə yanıb.

APA xəbər verir ki, hadisə dekabrın 22-də axşam saatlarında baş verib.

Qərbi Gürcüstan müftisi Adam Şantadze ötən gün kəndə baş çəkib və sakinlərə məscidin yaxın zamanlarda bərpa olunacağını söz verib.

Tsxmorisi kənd məscidi 2006-cı ildən Acarıstanın mədəni irs abidəsi statusuna malik olub. Onun birinci mərtəbəsi yonulmuş daşdan, ikinci mərtəbəsi isə taxtadan idi.

Tarixi mənbələrə əsasən, məscid 1892-1893-cü illərdə inşa edilib, sovet dönəmində bağlanıb və fəaliyyət göstərməyib.

Qeyd edək ki, Tsxmorisi kənd məscidi bu il Acarıstanda yanan ikinci tarixi məsciddir. Belə ki, mart ayında Xulo rayonunun Satsixira kəndində yerləşən məscid yanaraq məhv olub.