Güneyli baş məşqçinin mülkü müsadirə edildi

Güneyli baş məşqçinin mülkü müsadirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Məhkəmə-Ədliyyə Sistemi tanınmış güneyli futbolçu Əli Dayiyə məxsus təxminən 50 milyon dollar dəyərində olan bütün aktivlərin müsadirə edilməsi ilə bağlı qərar qəbul edib.

Tribuna.az xəbər verir ki, bu barədə “Middle East 24” saytı məlumat yayıb.

Qərara əsasən, Dayiyə məxsus daşınar və daşınmaz əmlaklar, eləcə də maliyyə aktivləri dövlət nəzarətinə götürülüb.

Məlumatda o da bildirilir ki, İran milli komandasının türkmən əsilli futbolçusu Sərdar Azmunun da aktivləri müsadirə edilənlər arasındadır.

Qeyd olunur ki, bu addımlar ölkədə baş verən son etirazlarla əlaqəli olduğu iddia edilən şəxslərin cəzalandırılmasına yönəlmiş genişmiqyaslı tədbirlərin tərkib hissəsidir.

Onu da bildirək ki, Əli Daeyi son aksiyalardan sonra İrandakı rejimi sərt tənqid edir. O, insanların ölddürülməsinə etiraz etməklə yanaşı, rejim mənsublarının korrupsiyaya qurşandıqlarını da diqqət mərkəzinə çəkib.

Fərda Uğur