Güneyin əsas mərkəzləri vuruldu

Güneyin əsas mərkəzləri vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İsrail ordusu Güney Azərbaycanın Zəncan əyalətinin Əminabad bölgəsi yaxınlığındakı dəmir yolu körpüsünə hava hücumu həyata keçirib.

Tribuna.az xəbər verir ki, zərbə nəticəsində körpü partladılıb və ərazidə yerləşən dəmir yolu stansiyası hücumdan zədələnib.

Məlumatlara görə, digər hücum Həştrud-Təbriz körpüsünə olub və körpü dağılıb.

Paralel olaraq, Tehran-Məşhəd dəmiryoluna da raket zərbəsi endirilib. Yolun bir hissəsi işlək vəziyyətdən çıxıb.

Fərda Uğur