Güney Azərbaycanda ana dilində orta məktəblərin açılması ilə bağlı tələblər getdikcə genişlənməyə başlayıb.
Tribuna.az xəbər verir ki, artıq proses bütün kütləvi tədbirlərdə özünü göstərməkdədir.
Belə ki, dünən Urmiya şəhərində yerləşən “Durnalar Yuvası” idman kompleksində keçirilən Güney Azərbaycanın Bələdiyyə və Eslamşəhrin Təbiət komandalarının voleybol yarışması çərçivəsində güneyli azarkeşlər həmin tələbi yenidən qaldırıblar. Onlar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndiriblər.
Fərda Uğur









