İranda cərəyan edən proseslərdə Güney Azərbaycan əhalisi də aktiv olmağa başlayıb. Tribuna.az xəbər verir ki, ötən gün Güney şəhərlərində aksiyaların pik həddi qeydə alınıb.
Bu hadisədən bərk əndişələnən İran rejimi dərhal addım atmağa başlayıb. Belə ki, İranın əsas televiziya kanalı olan “Birinci Kanal” türkdilli mədhiyyəçiləri tamaşaçılarla Azərbaycan dilində danışmağa və onlardan Güney Azərbaycanda etirazları dayandırmalarını xahiş etməyə dəvət edib.
Halbuki indiyə qədər həmin kanalda Azərbaycan dilində hər hansı veriliş və ya çıxışa imkan verilməyib. “Azad İran” səhifəsi bununla bağlı yazıb ki, məsələnin bu həddə gəlməsi Güneydəki aksiyaların kütləviliyi və bunun molla rejimini ciddi narahat etməsi ilə bağlıdır.
Bundan başqa, İran rejimi başqa bir addım da atıb. Belə ki, Tehrandan gələn təlimata əsasən Şərqi Azərbaycan əyalətində bütün təhsil mərkəzləri çərşənbə axşamına qədər bağlı qalacaq. Məqsəd insanları küçələrə çıxmaqdan çəkindirməkdir.
Fərda Uğur









