Gümüş yeni tarixi zirvəni yenilədi

Gümüş yeni tarixi zirvəni yenilədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal əmtəə bazarlarında gümüş qiymətləri tarixi maksimumu yeniləyib.

Tribuna.az “Bloomberg”ə istinadən xəbər verir ki, spot gümüş 1% artımla 69,98 dollar səviyyəsinə qalxaraq rekord vurduqdan sonra 69,70 dollarda dayanıb.

İlin əvvəlindən bu yana gümüşün qiymət artımı 141%-i keçib. Analitiklər bu sürətli yüksəlişi bazardakı təklif çatışmazlığı, sənaye sektorundan artan tələb və investisiya axınları ilə izah edirlər. Nəticədə gümüş gəlirlilik baxımından qızılı geridə qoyub.

Analitiklər bildirib ki, bayram mövsümündə likvidliyin azalması səbəbindən qısamüddətli ucuzlaşma müşahidə oluna bilər. Bununla belə, ticarət həcmlərinin bərpası ilə yüksəliş tendensiyası yenidən sürətlənəcək.

Uzunmüddətli perspektivdə gümüş üçün 75 dollar səviyyəsinin real hədəf olduğu düşünülür.