Gültəkin Hacıbəylinin evində axtarış aparıldı – DTX-yə çağırıldı

Gültəkin Hacıbəylinin evində axtarış aparıldı – DTX-yə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.

Tribuna.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.

Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.