Güllələnən müəllimin SON DURUMU

Güllələnən müəllimin SON DURUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Tribuna.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.

Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.

Sənan Məmmədli