Türkiyədə “Bayraktar Akıncı”, “Bozok” və “Kayı-30” PUA-larının sınaqları tam başa çatıb.
Tribuna.az bildirir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri Haluk Görkün açıqlama verib.
O qeyd edib ki, hər çün PUA üzərinə quraşddırılmış yeni roketlərlə birlikdə sınaqdan keçib. “Onlara quraşdırılmış yerli roketlərdən istifadə üzər təlimlər uğurla başa çatıb. Artıq hər üç PUA-nın ordunun ixtiyarına verilməsi prosesinə start veriləcək”.
O da vurğulanıb ki, hər üç PUA və onlara quraşddırılmış roketlər yerli istehsaldır. Həmçinin bir çox dövlətlər indidən onları əldə etmək üçün Türkiyə ilə danışıqlara başlayıblar.
Fərda Uğur









