Gözlər Kremldə – Putin 9 gün sonra təyyarəmizlə bağlı nə qərar verəcək?

Gözlər Kremldə – Putin 9 gün sonra təyyarəmizlə bağlı nə qərar verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 gün sonra təyyarəmizin Qroznıda vurulmasının 1 ili tamam olur. Rusiya prezidenti Düşənbədə söz verdi ki, kompensasiya ödəniləcək, cinayəti törədənlər məsuliyyətə cəlb ediləcək. Lakin Rusiya İstintaq Komitəsi hələ də bu işi yekunlaşdırmır, əksinə, bu hadisəni ört-basdır etmək üçün yenə azərbaycanlılara hücumlar başlayıb.

Bu mövzuda Tribuna.az-a danışan professor Qabil Hüseynli bildirir ki, Rusiya Azərbaycanı mövqeyindən geri döndərə bilməz:

“Azərbaycanlılara təzyiq kampaniyasının başlanması məhz bu işin üzərinə getməkdir. Moskva demək istəyir ki, təyyarə hadisəsini yaddan çıxarın. Ancaq Putin Düşənbədə verdiyi sözün üstündə durmalıdır, əks halda münasibətlər yenidən böhran vəziyyətinə gəlib çıxacaq.
Biz ümid edirik ki, bu məsələ həllini tapacaq”.

Gülşən Rəsul