Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Crocusoft” MMC (VÖEN – 2003476031) olub.
Tribuna.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Gömrük Komitəsi “www.customs.gov.az” veb saytının, “Mobil Gömrük” və “Smart Customs” mobil tətbiqlərinin proqram təminatlarına texniki dəstək xidmətinin satın alınmasına görə “Crocusoft” MMC-yə bir il üçün 271 min 400 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 5 manat olan “Crocusoft” MMC-nin hüquqi ünvanı Heydər Əliyev pr. Ev 185A, M3, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullazadə Elnur Samit oğludur.
Onu da bildirək ki, MMC-nin hüquqi ünvanı daha əvvəl Xətai rayonu, Əhmədli ŞTQ, Sadıqcan, ev 27, m. 125-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Babakişiyev Rüfət Sənan oğlu olub.









