Gizli və aşkar silahlanan Ermənistan: İndi də ABŞ-dan silah alırlar

Gizli və aşkar silahlanan Ermənistan: İndi də ABŞ-dan silah alırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizə ABŞ-dan müdafiə texnologiyaları almaq imkanı verilib”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan deyib.

Lakin o, konkret olaraq hansı silahları alacaqları barədə məlumat verməyib.

O bildirib ki, Azərbaycanla uzunmüddətli müharibə və sülhün olmaması səbəbindən İrəvan üçün bir çox imkanlar bağlanmışdı. “Sülh gündəliyini həyata keçirməyə başlayan kimi rifah gələcək. Biz suverenliyimizi gücləndiririk. Ermənistan üçün daha böyük müstəqillik üçün çalışırıq. Daha böyük suverenlik bir oyunçudan daha az asılılıq deməkdir”.

Qeyd edək ki, Ermənistan hökuməti hər nə qədər sülhdən danışsa da, açıq və gizli şəkildə silahlanmağa davam edir. Belə ki, Hindistandan aldıqları antdron avadanlıqları, habelə artilleriya qurğuları, o cümlədən Fransadan zirehli maşınlar əldə etməsi üzdə görünən tərəfdir. Fransa ilə bağlanılmış birgə silah sənayesi müqaviləsi isə gələcək üçün hesablanıb.

Bu gün Ermənistan ABŞ-dan müdafiə məqsədli hansı silah ala bilər? Şübhəsiz ki, Ağ Ev İrəvana “Patriot” havadan müdafiə qurğuları verməyəcək. Lakin onları PUA ilə təchiz etmək kimi bir məcaraya başlaya bilər.

Fərda Uğur