Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb

Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Medistyle” (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yenidən vergi borcu yaranıb.
Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, “MediStyle Hospital”ın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 70.503,85 AZN vergi borcu var.
Qeyd edək ki, ötən il MMC-nin nizamnamə kapitalı 279.095 manatdan 100 manata endirilib.
Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən “MediStyle Hospital”a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda “MediStyle” MMC-nin qanuni təmsilçisi orada uroloq-androloq işləyən Əhmədov Ramil Famil oğludur.