General rütbəsi verilən zabitlər – (Foto)

General rütbəsi verilən zabitlər – (Foto)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

Tribuna.az qafqazinfo-ya istinadən general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:

Azər Heybətli – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini – Kadrlar idarəsinin rəisidir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.

Elçin Abdullayev – Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev – Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev – Ordu korpuslarından birinin qərərgah rəisidir.