General: “İlin sonuna kimi ruslar sülh üçün müraciət edə bilər”

General: “İlin sonuna kimi ruslar sülh üçün müraciət edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ruslara ağır itkilər verir , lakin əhəmiyyətli xarici təzyiq olmadan Rusiya hakimiyyəti müharibəni dayandırmağa hazır olmayacaq”.

Tribuna.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, təqaüddə olan ABŞ ordusunun generalı Devid Petreus deyib.

O qeyd edib ki, sülh prosesi zamanı nə Rusiya danışıqları aparanları, nə də Rusiya rəhbərliyi güzəştə getmək istəyi nümayiş etdirməyiblər. “Əksinə, onlar maksimalist tələbləri təsdiqləyirlər. Lakin ruslar müəyyən bir məqamda güzəştə gedəcəklər. Bunun şərti Rusiya hərbi iqtisadiyyatına təzyiqin artması, gəlirlərin azalması və Çinin Rusiya hərbi-sənaye kompleksi üçün komponentlərin tədarükünün dayandırılmasıdır”.

Petrus qeyd edib ki, 2026-cı ilin sonlarında Rusiyanın hərbi əməliyyatların dayandırılmasına ehtiyac duyduğunu qəbul etməsi ehtimalı yarana bilər. “Hazırda Ukrayna hər ay Rusiyanın cəlb etdiyi qədər Rusiya əsgərini öldürür və ya yaralayır. Və cəbhə xəttində ruslar müqəddəs Ukrayna ərazisinin hər santimetri üçün son dərəcə yüksək qiymət ödəyirlər. Düşünmürəm ki, onlar bu qiyməti ödəməyə davam edə bilərlər, hətta onların rəhbərliyi ölənlərin və ağır yaralananların sayına əhəmiyyət verməsə belə”.

Fərda Uğur