Gəncə Şəhər İcra Hakimiyyətində milyonluq yeyinti iddiaları gündəmə gəlib.
Tribuna.az xəvər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hesablama Palatasının müraciəti əsasında qurumda yoxlamalara başlayıb.
Audit zamanı xüsusilə tikinti və təmir layihələrində ciddi maliyyə pozuntuları aşkarlanıb.
2023–2025-ci illəri əhatə edən yoxlamalarda ümumilikdə 192 milyon manat vəsait araşdırılıb. Məlum olub ki, “Gəncə İdman Sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat şişirdilib. 249 mənzilli yaşayış binasında isə 1,28 milyon manat artıq ödəniş qeydə alınıb.
Bundan başqa, mənzil fondunun və yolların əsaslı təmiri, eləcə də abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait xərcləndiyi bildirilib.
Artıq ödənilmiş məbləğin bir hissəsinin dövlət büdcəsinə qaytarıldığı, bəzi epizodlarla bağlı məhkəmə prosesinin davam etdiyi qeyd olunur.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Gülşən Rəsul









