Füzuli İcra Hakimiyyəti iki tenderi bir şirkətə verdi

Füzuli İcra Hakimiyyəti iki tenderi bir şirkətə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayon İcra Hakimiyyəti bir gündə iki tender keçirib.

Tribuna.az xəbər verir ki, dünən onların hər ikisinin nəticəsini açıqlayıb.

Məlumatda bildirilir ki, tenderlərdən biri Horadiz şəhərində 17 oktyabr küçəsində abadlıq işlərinin aparılması üçün nəzərədə tutulub. Bu işləri görəcək şirkət isə “VNM İNŞAAT” MMC olacaq. Şirkət işləri 242 min 831 manata görəcək.

İcra Hakimiyyətinin ikinci tenderini də elə həmin şirkət udub.

Tribuna.az xəbər verir ki, “VNM İNŞAAT” MMC Horadiz şəhərində Heydər Əliyev Parkında, Horadiz Parkında, 20 Yanvar küçəsində və Məmməd Əmin Rəsulzadə küçəsində abadlıq və yenidənqurma işlərini reallaşdıracaq. Bunun üçün isə 264 min 294 manatlıq ödəniş alacaq.

Fərda Uğur