Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli ilə bağlı yeni məlumat yayılıb.
Tribuna.az xəbər verir ki, Bakıvaxtı.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, onun yenidən yüksək vəzifəyə qayıtması gözlənilir.
Məlumatda Fuad Nəcəflinin fəaliyyətini qurumların birində davam etdirəcəyi deyilir.
Qeyd edək ki, F.Nəcəfli Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib, 12 noyabr 2025-ci ildə bu vəzifədən azad edilib.









