Fridrix Merts: Almaniya və Azərbaycan bütün münaqişələrin danışıqlar yolu ilə həllini dəstəkləyir

Fridrix Merts: Almaniya və Azərbaycan bütün münaqişələrin danışıqlar yolu ilə həllini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya və Azərbaycan belə günlərdə də böyük böhranlardan və müharibələrdən kənarda qala bilmir.

Tribuna.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu görüşü İranla müharibə səbəbindən təxirə salmalı olduq. Lakin bu, bir daha göstərir ki, ölkələrimiz belə günlərdə də böyük böhranlardan və müharibələrdən kənarda qala bilmir. Bu, Yaxın və Orta Şərqdəki vəziyyətə də aiddir. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə də şamil olunur. Almaniya və Azərbaycan bu müharibələrin hər ikisindən, xüsusiyyətləri nə qədər fərqli olsa da, təhlükəsizlik siyasəti və iqtisadi maraqları baxımından ciddi şəkildə təsirlənirlər. Biz bütün münaqişələrin danışıqlar yolu ilə həllini dəstəkləyirik. İnanırıq ki, yalnız danışıqlar yolu ilə əldə olunan həllər sonda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin edə bilər”, – deyə Fridrix Merts bildirib.