Fransa səfirliyində Zəngəzur müzakirəsi

Fransa səfirliyində Zəngəzur müzakirəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Fransanın milli bayramı olan Bastiliyanın alınması günü münasibətilə bu ölkənin səfirliyini ziyarət edib.

Tribuna.az yazır ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Xaçatyryan səfir Olivye Dekotinini və onun adından prezident Emmanuel Makron təbrik edib.
Tərəflər Fransanın Zəngəzur bölgəsində həm mərkəzi, həm də yerli hökumət səviyyələrində həyata keçirdiyi proqramları müzakirə ediblər və hərbi sənaye, yüksək texnologiyalar və müdafiə sektorlarında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Xaçaturyan Ermənistan-Aİ strateji tərəfdaşlığının irəliləyişinə toxunaraq, Fransanın bu gündəmdəki rolunu qeyd edib.
Xatırladaq ki, Fransa
Zəngəzurda müxtəlif adlarda layihələr həyata keçirir. Məqsəd regionda təsir gücünü artırmaqdır.

Həsən Ağa