“Ermənistan artıq yol ayrıcındadır. Paşinyan hakimiyyəti ölkəni Rusiyadan uzaqlaşdırır, Qərbə yaxınlaşdırır. Azərbaycanla sülhə aparır”.
Tribuna.az xəbər verir ki, bu sözlər “Forbes” jurnalında dərc edilmiş məqalədəndir.
Nəşr vurğulayıb ki, amma əsas problem hələ də qalır. “Ermənistan Konstitusiyası Azərbaycana qarşı ərazi iddialarını saxlayır. Bu nə deməkdir? İrəvan bir tərəfdən sülhdən danışır, digər tərəfdən hüquqi olaraq münaqişəni açıq saxlayır. Bu isə sülh deyil. Bu, təxirə salınmış münaqişədir”.
Jurnal qeyd edib ki, Ermənistan konstitusiyanı dəyişməsə, sülh olmayacaq. “Çünki Ermənistanda sabah istənilən hakimiyyət həmin maddələrə əsaslanıb yenidən Azərbaycana qarşı ərazi iddiası qaldıra bilər”.
Nəşr sonda bildirib ki, hazırda Ermənistanın qarşısında iki seçim var: “Ya Konstitusiyanı dəyişib real sülhə gedəcək, ya da köhnə iddialarla yeni böhrana sürüklənəcək”.
Qeyd edək ki, “Forbes”in yazıdqları birmənalı olaraq Azərbaycanın mövqeyinin dəstəklənməsi, Bakının tələbinin haqlı olmasını nümayiş etdirir.
Fərda Uğur









