Fizika İnstitutu tender keçirmədən 100 minlik avadanlıq alacaq

Fizika İnstitutu tender keçirmədən 100 minlik avadanlıq alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu maşın və avadanlıqların alınmasına 99 131 AZN xərcləyəcək.

Tribuna.az pravda.az-a istinadən xəbər verir ki, satışı “Halal-P” MMC edəcək.

İnstitut və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının internet portalında keçirilməyib.