Fövqəladə Hallar Nazirliyi (FHN) daha 11 ədəd xidməti avtomobil almağa hazırlaşır.
Tribuna.az xəbər verir ki, qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Ekspertiza İdarəsi bununla bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Məlumatda qeyd edilir ki, 10 ədəd “CİP” və 1 ədəd hibrid avtomobilin alınmasına 443 min 600 manat pul xərclənəcək. Avtomobillər isə “AUTO AZƏRBAYCAN” MMC-dən alınacaq.
Xatırladaq ki, FHN son 5 ayda müxtəlif idarələri üçün 50-yə yaxın xidməti avtomobil alışını həyata keçirib.
Fərda Uğur









