Fövqəladə Hallar NazirliyiNİN (FHN) Maddi Texniki-Təchizat İdarəsi elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, dövlət qurumu robotların təmiri məqsədi ilə özünə partnyor seçib.
Belə ki, tenderə əsasən xüsusi hərəkətli robotlarla quru yolu vasitələrinin ayrı-ayrı tez sıradan çıxan hissələrinin yenilənməsi, cari, əsaslı təmiri və alətlərin satın alınması həyata keçiriləcək. Tenderin qalibi isə “SK SERVİS” MMC olub.
Məlumatda bildirilir ki, şirkət bu işləri həyata keçirmək üçün FHN-dən 1 milyon 451 min 174 manat ödəniş alacaq.
Fərda Uğur









