FHN-in pikap almaq planı baş tutmadı

FHN-in pikap almaq planı baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin tenderi ləğv edilib.

Tribuna.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Məlumatda deyilir ki, FHN-in sözügedən qurumu 2 ədəd Pikap tipli minik avtomobili almaq üçün tender elan edib. 124 min 750 manata başa gələcək bu alış-verişin baş tutmamasına səbəb isə qanunvericiliyin tələbinin pozulmasıdır. Elə bu səbəbdən də AİİBNDX nəticələri ləğv edərək, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinə xəbərdarlıq edib.

Fərda Uğur