FHN daha 5 maşın almaq istədi: tender ləğv olundu

FHN daha 5 maşın almaq istədi: tender ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin tenderi ləğv olunub.

Tribuna.az bildirir ki, bu barədə rəsmi qaynaqlar məlumat yayıb.

Belə ki, Xidmət 5 ədəd sedan tipli avtomobil almaq üçün tender elan edibmiş. Bunun üçün 236 min 875 manat xərcləməyi də qərarlaşdırıbmış. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tendder prosedurunun qanunların pozulması ilə müşayət olunduğunu görərək, nəticəsini ləğv edib. Bundan başqa, AİBNDX/SQ-11212/2024 saylı protokol da tərtib edilib.

Xatırladaq ki, FHN ölkədə ən çox minik avtomobili alan nazirliklərdən biridir. Təkcə, ötən il nazirlik müxtəlif idarə və xidmətləri üçün 100-dən çox avtomobil alıb. Bu ilin əvvəlində də analoji proses davam etdirilib.

Fərda Uğur