FHN 406 minlik, DGK isə 261 minlik avtomobil ala bilmədi: Tenderlər ləğv edildi

FHN 406 minlik, DGK isə 261 minlik avtomobil ala bilmədi: Tenderlər ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən iki dövlət qurumunun keçirdiyi tenderin nəticəsi ləğv edilib.

Tribuna.az xəbər verir ki, hər iki qurum bahalı avtomobil almaq niyyətində olublar.

Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) 8 ədəd avtomobil almaq üçün müsabiqə elan etsə də, qanunvericiliyin tələbini pozduğu üçün nəticə ləğv edilib. Məlumatda qeyd edilir ki, komitə bu məqsədlə 261 min 960 manat vəsait də ayırıbmış.

İkinci ləğv olunan tender isə FHN-ə aiddir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 2 ədəd sedan tipli avtomobil almaq üçün 409 min 460 manat pul ayırsa da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi onun nəticəsini məqbul saymayıb. Səbəb isə tenderə qatılan təchizatçıların sayının 3-dən az olmasıdır.

Qeyd edək ki, FHN xidməti avtomobil alınması sahəsində “liderlik” edir. Nazirlik ilin əvvəlindən indiyə qədər 30-dan çox avtomobil alıb.

Fərda Uğur