Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti daha bir tender elan edib.
Tribuna.az xəbər verir ki, qurum ikirayonda fərdi ev tikməyi planlaşdırır.
Məlumatda qeyd edilir ki, həmin evlərdən biri Quba rayonu, Afurca kəndində inşa ediləcək. Digər fərdi ev isə Siyəzən rayonu, Sədan kəndində tikiləcək.
Açıq mənbələrdə qeyd edilir ki, nazirlik iki evin tikintisinə 229 min 70 manat vəsait ayırmağı planlaşdırıb.
Fərda Uğur









