Fərhad Xəlilov: “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı”

Fərhad Xəlilov: “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov məlumat verib.
Onun sözlərinə görə, mərhum aktyorun ən böyük arzularından biri Bakıda dəfn olunmaq idi:
“Biz tez-tez telefonla danışırdıq. Demək olar ki, hər gün mənə zəng edirdi. Son üç ay idi ki, ondan xəbər ala bilmirdim və çox narahat idim. Axırıncı dəfə danışanda xəstəxanada idi. Tofiq Mirzəyev Xalq yazıçısı Anar Rzayevin qohumudur. Elə indicə Anarla danışdım. Dedi ki, artıq Tofiq dəfn olunub. Tofiq istəyirdi ki, onu Bakıda dəfn etsinlər. O, böyük ziyalı idi”.
Xalq rəssamı qeyd edib ki, Tofiq Mirzəyevin yaxınları İsraildə yaşayır:
“Yanında kimsə olmayıb. Vaxtında müraciət edilsəydi, dövlət də bu məsələyə dəstək verərdi. Heyif, belə bir ziyalını itirdik”.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gecə İsrailin Beer-Şeva şəhərindəki xəstəxanada vəfat edib.