Fərhad Mehdiyev qızının ölümündən danışdı: “Günahkar…”

Fərhad Mehdiyev qızının ölümündən danışdı: “Günahkar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.
Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı – Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.

Tribuna.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev dünən motosiklet qəzasında dünyasını dəyişən 17 yaşlı qızının düşdüyü qəza barədə danışarkən deyib.

Mehdiyev bildirib ki, qəzaya ikinci səbəb onun motosiklet sürməsi olub:

“Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.

Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.

Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk.

Bu yazının altında “Allah rəhmət eləsin” də yazmayın. O deyil.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək”.

Nigar İxtiyarqızı