Rumıniyanın FCSB klubu qış hazırlıq toplanışı çərçivəsində “Qarabağ”la yoxlama oyunu keçirməkdən imtina edib.
Tribuna.az xəbər verir ki, Türkiyədə keçiriləcək təlim-məşq toplanışında FCSB yalnız bir yoxlama matçı – yanvarın 16-da “Beşiktaş”la – keçirməyi planlaşdırıb.
Komandanın meneceri Mihay Stoyka “Prima Sport”a açıqlamasında “Qarabağ”dan oyun təklifi aldıqlarını təsdiqləyib.
Qeyd edək ki, “Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.









