Fatih Altaylı azadlığa buraxıldı

Fatih Altaylı azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə “Prezidenti təhdid etmək” ittihamı ilə azadlıqdan məhrum edilmiş tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb.

Tribuna.az  xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Məlumata görə, F. Altaylının vəkilləri Rezzan Aydınoğlu, Ömer Teker və Metin Arslan tərəfindən yerli məhkəmənin 4 il 2 aylıq həbs qərarından verilən apelyasiya şikayətinə Regional Məhkəmədə baxılıb. Məhkəmə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Fatih Altaylı bu ilin 22 iyun tarixindən bəri həbsdə saxlanılırdı.