“Ev və iş olmadığı üçün insanlar uşaq istəmir” – Fazil Mustafa

“Ev və iş olmadığı üçün insanlar uşaq istəmir” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son illərdə uşaq sayı sürətlə azalır. Əvvəllər il ərzində təxminən 180 min uşaq doğulurdusa, indi bu rəqəm 60 minə qədər düşüb. Yəni təbii artım demək olar ki, 3 dəfə azalıb. Bu hal demoqrafik böhran kimi qiymətləndirilir.
Bir çoxları hesab edir ki, doğum sayının kəskin azalmasına səbəblərdən biri də uşaq pulunun verilməməsidir. Təklif edilir ki, demoqrafik böhranın müəyyən qədər qarşısını almaq üçün uşaq pulu verilməlidir.

Məsələ ilə bağlı Tribuna.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, doğum sayının azalması sırf demoqrafik problemə çevrilib və bu, birinci növbədə sosial şərtlərlə əlaqəlidir:

“Heç kəs əlavə pul veriləcək deyə uşaq dünyaya gətirmir. Ev lazımdır, məşğulluq problemi çözülməlidir, daimi iş yeri və zəmanətli pensiya və başqa məsələlər həllini tapanda artıq insanlar rahatlıqla ailə qura biləcək. Ailə qurmanın ilkin şərtlərini yaratmaq vacibdir.
Bir çox insanlar hətta ailə qurandan sonra da uşaqların sayını çoxaltmaq istəmir. Çünki iş yeri və məşğulluqla bağlı məsələləri daimi olaraq çözməkdə çətinlik çəkirlər. Budur əsas məsələ.
Uşaqlar üçün ayrıca müavinətlər verilir. Hamısını əhatə etməsə də, böyük bir qismini əhatə edir. Bu artımın şərti deyil. Artımın şərti insanların ev və məşğulluq probleminin bütövlükdə və daimi qalıcı bir həllidir”.

Nigar İxtiyarqızı