Elm və Təhsil Nazirliyinin yaşı 100-ü keçib, amma onun fəaliyyətində nəinki normal, heç elementar keyfiyyət də yoxdur.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eskeprti İlham Əhmədov bildirib. O qeyd edib ki, əslində dövlət qurumundan ideal iş gözləmək səhvdir:
“Dünyanın heç bir yerində ideal işləyən dövlət qurumu yoxdur.
Keyfiyyət standartı var, buna uyğun işləyən qurumlar var, onlara da normal fəaliyyət göstərən qurum (şirkət) deyilir.
Təhsil nazirliyinin özünün yaşı 100+, amma onun fəaliyyətində nəinki normal, heç elementar keyfiyyət də yoxdur.
Nazir özü etiraf edir ki, universitetlərimizdə hələ də keyfiyyətə təminat sistemi yoxdur.
Düz deyir. Əslində ETN-nin özü də keyfiyyət standartlarına heç uyğun deyil.
Məzunların 40 % mənimsəməsi faktı bunu sübut edir. Bu fakt ETN-nin kollektiv şəkildə sertifikasiyadan kəsilməsini göstərmirmi?
Universitetlərimizin diplomlarının xaricdə tanınmaması məsələsi haqda da çox yazmışıq.
Hər iş müqayisədə yaxşı dərk edilir, təhsildə də”.
Gülşən Rəsul










