Elm və Təhsil Nazirliyi (ETN) keçirdiyi tenderin başqa bir dövlət qurumuna verib.
Tribuna.az xəbər verir ki, nazirliyi Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi bununla bağlı nəticəni açıqlayıb.
Məlum olub ki, tender məktəbəqədər təhsil müəssisələrində sanitariya gigiyena və qida təhlükəsizliyinin təmin olunması xidmətinin satın alınmasını əhatə edəcək. Tenderin qalibi isə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) olub. Nazirlik İnstituta bu işlərin müqabilində 1 milyon 46 min 188 manat pul ödəyəcək.
Fərda Uğur









