ETN təlim üçün 807 min manat xərcləyəcək

ETN təlim üçün 807 min manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, qurumun Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yeni layihənin icrasına start verib.

Belə ki, tenderə əsasən büdcə təşkilatlarında beynəlxalq standartlara uyğun mühasibat uçotunun təşkili, maliyyə hesabatlarının hazırlanması və qanunvercilikdə olan dəyişikliklər üzrə bilik və bacarıqların inkişafı təlimi keçiriləcək. Həmin tenderin qalibi isə “Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası” İctimai Birliyi olub. Nazirlik İctimai Birliklə bu məsələdə 807 min 620 manata anlaşıb.

Fərda Uğur