ETN müəllimlər və direktorla bağlı layihəyə 513 min manat xərcləyəcək

ETN müəllimlər və direktorla bağlı layihəyə 513 min manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tenderin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, qurum müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi prosesini reallaşdıracaq.

Açıqlanan nəticələrə görə, tenderin qalibi “ALL İN ONE TECHNOLOGİES” QSC olub. Nazirlik bu şirkətə qeyd edilən prosesin həyata keçirilməsi üçün 513 min 827 manat ödəyəcək.

Fərda Uğur