Elm və Təhsil Nazirliyi (ETN) daha bir tenderini yekunlaşdırıb. Tribuna.az xəbər verir ki, dövlət qurumunun Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi onun nəticələrini açıqlayıb.
Bildirilir ki, idarə Respublika üzrə ümumtəhsil müəssisələrində cari təmir və kommunal-kommunikasiya işlərini həyata keçirəcək. Bununla bağlı elan edilmiş tenderin qalibi isə “ELİTE CONSTRUCTİON” MMC olub. Nazirlik həmin işlərin görülməsi üçün 3 milyon 667 min 589 manat dəyərində büdcə ayırıb.
Fərda Uğur









