“Bu məhsullar ola bilər ki, ucuz olaraq ölkəyə idxal olunub. Sadəcə olaraq burada saxlanılma şəraiti səhvdir. Canlı yayım açıb otaq temperaturunda Riskli məhsulları saatlarla saxlayır”.
Bu sözləri Tribuna.az-a açıqlamasında qida mütəxəsisi Ağa Salamov deyib.
Mütəxəssisin sözlərinə görə, məhsulun üst təbəqəsinin buzu açılır. Bunlar yenidən dondurucuya qoyulmalıdır. Yenidən dondurulub və təzədən istehlakçı aparıb evdə açır. Bu zaman qida zəhərlənməsi baş verir. Bundan əlavə bütün qida məhsulları riskli və qeyri-riskli məhsullar yerdən 20, minimum 15 sm hündürlükdə olmalıdır. Bunlar məhsulu yerə töküblər. Əlinə əlcək geyinib, ayağında ayaqqabı ilə məhsulların üzərində gəzir. Əlində əlcəklə insanları manipulyasiya edir. Tam yalnış bir təqdimat, antisanitar gigiyenada, gigiyena qaydalarına zidd olan hərəkətlərdir. Qida təhlükəsizliyi burada tüğyan edir.
Tiktok-da belə halların çox baş verdiyini deyən A. Salamov əlavə edib:
“Bu adamların doğru bildikləri yalnışlıqlar çoxdur. Ayaqqabı ilə məhsulların üzərində gəzir. Ayağında da milyardlarla patogen bakteriyalar var. Torpaq, batulizm – nə istəyirsinizsə, orada var. İnsanları zəhərləyən bütün bakteriyalar onun ayağındadır”.
Riskli amillərə toxunan mütəxəsis qeyd edib:
“Toyuqları yerə töküblər. Çünki bu da riskli məhsuldur. Ümumiyyətlə, pomidor belə olsa, yerdə olmamalıdır. Ən böyük yalnışlıq isə ətləri töküb üzərini açıblar. Mühit temperaturunda məhsulların donu açılır. Çox güman ki, bu ətlər yenidən dondurulacaq. Donu açılıb təzədən dondurulan və istehlakçı tərəfindən təzədən donu açılan məhsul istehlakçını zəhərləyir. Ona görə də mən düşünürəm ki, bu kimi Tiktok-da yayılan bu kimi reklamları restoranlarda başda olmaqla, AQTA bunlara qarşı reyd keçirməlidir. Və bu zəruridir. Çünki insan həyatı təhlükədədir”.
Toyuqların 3-nün 10 manat olması məsələsinə də toxunan A. Salamov sonda vurğulayıb:
“Burada toyuqların 3-nün 10 manat olması ola bilər. Çox vaxt bu cür toyuqlara AQTA gömrükdən keçəndə nəzarət edir. Görür ki, çirklənmə yoxdur, düzgün şərtlərdə, soyuq zəncirdə daşınıb. Amma toyuğun ortası, qarın nahiyəsi boş olur axı. Ora çox vaxt çəkisi ağır gəlsin deyə, su vururlar və ya buz dürtürlər. İstehlakçı bu toyuqları alıb evə gətirəndə çox vaxt sürprizlə qarşılaşır. Buz da çəkiyə gedir. 200-300 qram buz ola bilər. İşbazlıq ehtimalı da var”.
Dəniz Pənahova









