Ət idxalına qadağa, quş qripi və dabaq qiymətlərə təsir edəcəkmi? — VİDEO

Ət idxalına qadağa, quş qripi və dabaq qiymətlərə təsir edəcəkmi? — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra ölkələrdə quş qripi və digər yoluxucu heyvan xəstəliklərinin yayılması səbəbilə Azərbaycana heyvan və quş əti məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu qərarın Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsaslandığını bildirib. Məhdudiyyətlər zonalaşma prinsipi nəzərə alınmaqla həyata keçirilir və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Eyni zamanda Dövlət Gömrük Komitəsi ilə birgə nəzarət tədbirləri gücləndirilib. Bu cür idxal məhdudiyyətləri ölkədə ərzaq təhlükəsizliyinə və bazar qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, həmin regionlardan gələn ət məhsulları ölkəmizin daxili bazarında qiymət formalaşdıracaq dərəcədə deyil. Bölgələrdə elan edilmiş karantinlər və AQTA-nın da oradan idxalı qadağan etməsi və yerli bazarda məhsulun qiymətlərinə təsir etməyəcək. Çünki biz oradan çox məhsul almırıq. Kiçik həcmdə almış olur.

Daha ətraflı videomaterialı təqdim edirik:

Dəniz Pənahova