Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilir.
Tribuna.az “Kommersant”a istinadən xəbər verir ki, görüşdən əvvəl tədbirdə iştirak edən MDB liderləri üçün Ermitaj muzeyində qısa ekskursiya təşkil edilib.
Ekskursiyanı Rusiya Prezidenti Vladimir Putin və Ermitajın direktoru Mixail Piotrovski keçiriblər.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində ötən gün Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib, bu gün isə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü baş tutacaq.
Bugünkü görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, həmçinin Türkmənistan lideri Sərdar Berdiməhəmmədov, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edirlər.









