Ermənistanın yeni konstitusiyasının mətni tam hazırdır.
Tribuna.az xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, ötən gün İrəvanda Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirilib və orada yekun müzakirələr aparılıb. Qəzet həmçinin qeyd edib ki, Ermənistanın ədliyyə naziri Sribuhi Qalyan da konstitusiyanın mətninin tam hazır olduğunu bəyan edib.
“Past” yekunda qeyd edib ki, Ermənistan konstitusiyanı dəyişmək məsələsində tələsir. “Referendum seçkilərdən qabaq da ola bilər”.
Fərda Uğur









