“Türkiyənin Ermənistanda başqa bir namizədi var. Nikol onlar üçün də başağrısına çevrilib”.
Tribuna.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
Onun sözlərinə görə, Türkiyənin XİN başçısı Hakan Fidanın Paşinyanla bağlı son açıqlaması da bunu deməyə əsas verir. “Bunu Hakan Fidanın dediklərindən də aydın sezmək mümkündür”.
Nahapetyan qəribə bir iddia ilə də çıxış edib. O deyib, Azərbaycan və Türkiyənin Ermənistandan yeni bir tələbi daha var. “Bu gün Bakı və Ankaranın istəklərindən biri də budur ki, yaxın gələcəkdə Ermənistanın Azərbaycan və Türkiyə ilə birgə ordusu olmalıdır”.
Fərda Uğur









